Üç ölkənin baş prokuroru Bakıya gəlir

Üç ölkənin baş prokuroru Bakıya gəlir

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, iclas çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.

Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eight =