Türkiyə terrorçularla birgə Suriyada narkotik istehsal edir

Türkiyə terrorçularla birgə Suriyada narkotik istehsal edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriyadakı müxalif mənbələr Türkiyəyə bağlı terrorçuların Suriyanın şimalında narkotik maddələr istehsal etdiklərini bildirib.

Müxalifətə bağlı Suriya İnsan Haqları Müşahidə Qrupu bu mənbələrə istinadən bildirib ki, terrorçular Hələb əyalətinin şimalında narkotik həblər istehsal edən fabriki qurublar.

Bu mənbələrin məlumatına görə, bu fabrik “Firqətul-Həmzə” terror qruplaşmasının liderlərindən birinin nəzarəti altındadır. O, Suriyadan Liviyaya göndərilən terrorçuların ən önəmli rəsmilərindən biridir.

Bu fabrik onun Türkiyəyə bağlı terror qruplaşmalarının liderləri ilə bu maddələrin satışından əldə etdiyi gəlirlə bağlı mübahisəsi yarandığı üçün aşkarlanıb.

Müşahidə Qrupu bildirib ki, həblərin hazırlanması üçün xammal Suriyanın şimalına yuyucu vasitələr və digər sənaye xammalları adıyla idxal olunur.

Mərkəzdən verilən məlumata görə, sexdə gün ərzində 40 minə yaxın narkotik vasitə istehsal edilib. Bu narkotik maddələr istehsaldan sonra Suriyanın şimal-qərbində paylanırmış. Bu maddələrin bəziləri isə Türkiyə və Liviyaya daşınırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =