UNICEF Əfqanıstandakı ac uşaqların sayını açıqladı

UNICEF Əfqanıstandakı ac uşaqların sayını açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Əfqanıstanın ən pis humanitar böhranla üzləşdiyini və səhiyyə sisteminin çökmək üzrə olduğunu bildirib.

UNİCEF-in Əfqanıstandakı nümayəndəsi Salam əl-Cənbi deyib: “Əfqanıstan dünyanın ən ağır böhranları ilə üz-üzədir və bu ölkənin ehtiyacları günü-gündən artır.”

O, əlavə edib: “Qidalanma və ərzaq təhlükəsizliyi böhranı ilə yanaşı bu ölkədə səhiyyə sistemi və sosial xidmətlər sıradan çıxmaq ərəfəsindədir.”

O, həmçinin qeyd edib: “Əfqanıstan bu ilin əvvəlində ən pis humanitar böhranlardan birini yaşadı. Belə ki, ölkə əhalisinin yarıdan çoxu, o cümlədən 10 milyon uşaq humanitar yardıma ehtiyaclı olmuşdu.

UNICEF-in Əfqanıstandakı nümayəndəsi deyib: “Son hadisələri və ölkənin yaşadığı iqtisadi sarsıntıları nəzərə alsaq, daha çox ailə böhranla üzləşmək ərəfəsindədir və Əfqanıstan əhalisinin yarıdan çoxunun şiddətli aclıqla üzləşəcəyi proqnozlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =