Ermənistanda keçmiş baş prokurorun həbs müddəti uzadıldı

Ermənistanda keçmiş baş prokurorun həbs müddəti uzadıldı

Qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunan Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin sabiq sədri Aqvan Ovsepyanın həbs müddəti iki ay uzadılıb.

Onun vəkili Sasun Rafaelyan qərardan apellyasiya şikayəti veriləcəyini bəyan edib.

Qeyd edək ki, Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin sədri olub.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + fourteen =