Vətən müharibəsində düşmənin zərər vurduğu məktəblərin sayı bəlli oldu

Vətən müharibəsində düşmənin zərər vurduğu məktəblərin sayı bəlli oldu

“Müharibə dövründə ciddi zərər dəymiş məktəblərin yeniləri ilə əvəzlənməsi və ya əsaslı təmir bərpa işlərinin aparılması üçün layihə sənədləri hazırlanır. Yaxın müddətdə işlərə başlanılacaq”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, ümumilikdə müharibə dövründə 60-a yaxın məktəbə ziyan dəyib: “Həmin məktəblər üzrə zərərlərin miqyası fərqlidir. Bəzi məktəblərə dəymiş zərərin həcmi böyükdür. Hazırda onlarda tədris davam edir. Buna görə də bəzilərində bərpa işi görmək mümkünsüzdür və yenisi tikilməlidir. Bununla bağlı Prezidentin sərəncamı da var. Həmin məktəblərin layihəsi və sənədləri işlənilir. Yaxın zamanda ya onların yerində yeni binanın tikilməsi, ya da əsaslı təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =