Vidadi Muradovun səhhəti ilə bağlı ekspertiza keçiriləcək

Vidadi Muradovun səhhəti ilə bağlı ekspertiza keçiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə bugünkü məhkəmə prosesi təxirə salınıb.

Təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış ediblər. Müdafiəçilər bildiriblər ki, V.Muradovun səhhətində ciddi problemlər var və buna görə tibbi ekspertiza təyin olunmalıdır. Vəkillər ekspertiza müvafiq rəy verəcəyi təqdirdə məhkəmə icraatının dayandırılmasını xahiş ediblər.

Hakim Əfqan Hacıyev vəsatəti təmin edib.

Qeyd edək ki, əvvəlcə V.Muradovun onlayn şəkildə məhkəmə prosesinə qoşulması nəzərdə tutulsa da, qeyri-müəyyən səbəbdən onun prosesə videobağlantı ilə qoşulması alınmayıb.

Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Noyabrın 1-də Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =