Latviyanın sabiq prezidenti: “Kommunikasiyaların bərpası regionda rifahın artmasına kömək edəcək”

Latviyanın sabiq prezidenti: “Kommunikasiyaların bərpası regionda rifahın artmasına kömək edəcək”

“Regionda kommunikasiyaların bərpası Cənubi Qafqaz ölkələrinin gəlirlərinin və rifahının artmasına xidmət edəcək”.

Bunu VIII Qlobal Bakı Forumu çərçivəsində Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

“Dəmir yolları və avtomobil yolları Cənubi Qafqaz ölkələrini birləşdirəndə, eləcə də Ermənistanın xarici aləmə yolunu açanda vəziyyət çox tez dəyişəcək. İnsanlar əməkdaşlığın, o cümlədən ticarətin faydalarını görəcək. Bu, gəlirlərin və rifahın artmasına gətirib çıxarır və ölkələr arasında münasibətləri dəyişir. Regionun xeyrinə kommunikasiyaların bərpası prosesini sürətləndirmək vacibdir”, – V.Zatlers bildirib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + fifteen =