Azərbaycanda bələdiyyələrə çəkilən xərclər 2% artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə 10,9 milyon manat vəsait ayrılacaq.
Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,9% çoxdur.
Həmin vəsaitin 5,3 milyon manatını yerli özünüidarəetmə orqanlarının gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya, 1,3 milyon manatını məqsədli xərclər üçün subvensiya, 4,3 milyom manatını isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün subsidiya təşkil edəcək.
Report