Azərbaycanın XİN rəhbəri İranla münasibətlərdən danışdı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki,
şənbə günü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.
Azərbaycanın xarici işlər naziri ilk öncə iranlı həmkarının səhhəti ilə maraqlanıb və onun tezliklə sağalmasını diləyib.
Əmir Abdullahian İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və yaxın əlaqələri xatırladaraq qeyd edib ki, son aylarda bəzi anlaşılmazlıqlarla yanaşı, iki ölkə arasında yaxşı münasibətləri sevməyən tərəflər də aktivləşmişdilər ki, iki ölkə rəsmilərinin uzaqgörənliyi ilə biz bunu geridə qoya bildik. İndi iki ölkə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hərəkət edə bilər.
Azərbaycan Respublikasının Xarici İşlər Naziri də iki ölkə arasında yaranan anlaşılmazlıqlardan başqalarının istifadə etməsinə imkan verilməməsinin lazım olduğunu bildirərək, hər hansı bir anlaşılmazlığın dostluq və qardaşlıq mühitində həll edilməli olduğunu, Bakının əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb.
İkitərəfli ticarət əlaqələri və iki ölkənin Birgə İqtisadi Komissiyasında nümayəndələrin təyin edilməsi də bu telefon danışığında qeyd olunan digər məsələlərdən olmuşdur.
İran Xarici işlər naziri həmçinin qeyd edib ki, İran İslam Respublikası regional formatları, o cümlədən 3+3 formatını qəti şəkildə dəstəkləyir və regional problemlərin regiondaxili mexanizmlər vasitəsilə həll oluna biləcəyinə inanır.
Ceyhun Bayramov bundan öncə də jurnalistlərə verdiyi açıqlamasında bildirmişdir ki, Azərbaycan İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlıdır və iki ölkə arasında çoxlu əməkdaşlıqlar mövcuddur.