13 yaşlı fələstinli şəhid oldu

13 yaşlı fələstinli şəhid oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi cümə günü Nablusun şərqindəki Deyr əl-Hətəb kəndində işğalçı qüvvələrin gülləsinə tuş gələn 13 yaşlı fələstinli uşağın şəhid olduğunu açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, qeyd olunan uşaq qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilmiş və həkimlərin səyi nəticə verməyərək dünyasını dəyişmişdir.

Məhəmməd Dədəs Nablusda yerləşən Əskər əl-Cədid düşərgəsindən olan bir fələstinli uşaqdır ki, Nablusun şərqində Fələstin əleyhinə nümayişlər zamanı işğalçı qüvvələrin hücumu nəticəsində şəhid olmuşdur.

İordan çayının qərb sahilində yerləşən Nablus şəhəri ətrafındakı qəsəbələr son aylarda, xüsusən də hər cümə günü İsrailin bölgədəki yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq dinc nümayişlərin şahidi olur. Bu aksiyaların dinc olmasına baxmayaraq indiyədək yüzlərlə yaralı və onlarla şəhidlə nəticələnmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + thirteen =