İsrailin yüksək rütbəli kəşfiyyat və hərbi rəsmilərinin şəxsi məlumatları ifşa edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Fələstin üçün ədalət” adlı haker qrupu İsrailin yüksək rütbəli kəşfiyyat və hərbi rəsmilərinin kiberməkanda yeni məxfi məlumatlarını dərc edib.
Missiyasının “günahsız Fələstin xalqına qarşı olan sionist rejimin cinayətkar ünsürlərinin kimliyini üzə çıxarmaq” olduğunu bildirən bu qrup yüksək rütbəli hərbi və təhlükəsizlik məmurlarının şəxsi həyatı, ünvanları, telefon nömrələri və həyat tərzləri haqqında məlumatları foto, video və mətn şəkilində @ justice_palestine Telegram kanalında fars dilində yayımlamışdır.
Özünü dünya məzlumlarının hamisi və ədalət carçısı olaraq ümumxalq şəbəkəsi kimi xarakterizə edən bu kanal elan edib ki, bu günə qədər Ronnen Barr (Şabak kəşfiyyat xidmətinin rəhbəri), Yossi Kohen (Mossadın keçmiş rəhbəri), Aharon Haliva (Aman kəşfiyyat xidmətinin rəhbəri) və digər rəsmilər və onların ailələri barədə məlumatları ictimaiyyətə təqdim edib və tezliklə daha çox məlumat ifşa olunacaq.