Efiopiyada saxlanılan BMT əməkdaşlarının sayı 16-a çatıb

Efiopiyada BMT-nin 16 əməkdaşı saxlanılıb.
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Düjarrik əlavə edib ki, saxlanılan əməkdaşlardan 6-sı sonradan sərbəst buraxılıb.
“BMT onların dərhal azad edilməsini təmin etmək üçün Efiopiya hökuməti ilə əlaqədədir”, – rəsmi nümayəndə əlavə edib.
Report