SOCAR: “Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib”

SOCAR: “Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib”

“Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb”.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, artıq 70 nəfər SOCAR əməkdaşı təxliyə olunub.

Xatırladaq ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − 2 =