İsrail rejiminin Fələstin məzarlığını dağıtdığı vurğulandı

İsrail rejiminin Fələstin məzarlığını dağıtdığı vurğulandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri işğalçı rejimin müsəlmanların tarixi irsini məhv etmək istiqamətində indiyədək 500 Fələstin qəbiristanlığına hücum etdiyini, bunlardan ən sonuncusu Qüdsdə yerləşən Əl-Yusufiyyə qəbristanı olduğunu bildirib.

Əl-Qüds Əl-Ərəbi-nin məlumatına görə, Şeyx Səbri bu sözləri xaricdə yaşayan Fələstinlilərin Xalq Konqresində “Qəbirlərin sökülməsi və məzarların eksqumasiyası İsrailin tarixi saxtalaşdırmaq və yəhidiləşdirmək siyasətidir” adlı seminarda deyib.

Məscidül-Əqsa xətibi həmçinin deyib: “İşğalçı rejim hazırda Məscidül-Əqsanın yanındakı Yusufiyyə qəbiristanlığına hücum edərək, oranı Tövrat parkına çevirmək, müsəlmanların tarixini silmək və ölülərinin sümüklərini dağıtmaq niyyətindədir.”

Şeyx Səbri vurğulayıb: Qəbiristanlıqlar bizim tarix boyu varlığımıza bir sübut və İsrail işğalı əleyhinə sənəddir. İşğalçıların etdikləri açıq-aşkar müsəlman qəbiristanlıqlarına təcəvüzdür. Çünki burada tarix boyu səhabələrin, alimlərin, rəhbərlərin və böyük şəxsiyyətlərin qəbirləri olmuşdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =