“Fənərbağça”nın prezidenti Mesut Özilə xəbərdarlıq edib
Türkiyə “Fənərbağça”sının prezidenti Ali Koç komandanın ulduz futbolçusu Mesut Özilə xəbərdarlıq edib.
Funksioner klubun rəsmi televiziyasına açıqlamasında 33 yaşlı yarımmüdafiəçinin oyunlara daha çox köklənməli olduğunu bildirib.
Onun sözlərinə görə, təcrübəli oyunçu artıq şəxsi işlərini kənara qoymalıdır.
Qeyd edək ki, Mesut Özil bu ilin yanvarından “Fənərbağça”da çıxış edir.
Report