İsrail rejimi əsgəri yoxa çıxdı

İsrail rejimi əsgəri yoxa çıxdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist media mənbələri bu gün (10 noyabr, çərşənbə) işğal olunmuş Fələstinin Əl-Araba bölgəsində bir İsrail əsgərinin itkin düşdüyünü bildirib.

Əl-Məyadin telekanalının saytı məlumat verib ki, Maer Yerusəlimi adlı sionist əsgər xidmət etdiyi hərbi bazanı tərk etdikdən sonra yoxa çıxmışdır. İsrail mediasının məlumatına görə, onu sonuncu dəfə “Eilat” yaxınlığında görüblər.

Sionist mediası həmçinin çoxlu sayda ordu və polis qüvvələrinin Əl-Araba bölgəsində itkin düşən əsgəri axtardığını bildirib.

Bundan əlavə dosial şəbəkə istifadəçiləri də bu əsgərin fotolarını yayaraq onun Əl-Araba bölgəsində yoxa çıxması barədə məlumat yaymışlar.

Yedioth Ahronoth qəzetinin müxbiri bildirib ki, mövcud məlumata görə, əsgər dünən axşam saatlarında Vadi Arabahdakı hərbi bazasını silahsız tərk edib və sonuncu dəfə Eilat bölgəsində görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =