Qazaxıstan və Özbəkistan Əfqanıstanla sərhəddə birgə hərbi təlimlər keçirəcək
Qazaxıstan və Özbəkistan Əfqanıstanla sərhəddə birgə hərbi təlimlər keçirəcək.
Təlimlər noyabrın 17-dən 24-dək Özbəkistanın Surxandərya vilayətində baş tutacaq.
Təlimlərdə yüzdən çox hərbçi, Su-30SM qırıcıları, S-295 hərbi-nəqliyyat təyyarələri, eləcə də taktiki pilotsuz uçuş aparatları iştirak edəcək.
Qeyd olunur ki, təlimlər zamanı axtarış-kəşfiyyat əməliyyatlarının keçirilməsi, qanunsuz silahlı birləşmələrin məhv edilməsi, yaralı hərbçilərin və sıradan çıxmış texnikanın döyüş meydanından təxliyəsi kimi əməliyyatlar həyata keçiriləcək.
Trend