Estoniya sərhədini 130 kilometrlik tikanlı məftillə qorumağa hazırlaşır
Estoniya sərhədlərinin təhlükəsizliyini artırmaq məqsədilə Belarusla 130 km-lik sərhədə tikanlı məftil çəkəcək.
Bunu ölkənin müdafiə naziri Kalle Laanet bildirib.
“Müdafiə qüvvələri zərurət yaranarsa, tikanlı məftillərin çəkilişinə töhfə verməyə hazırdır. Belarus Polşa və Litva ilə sərhəddə hibrid hücumunu qəsdən artırmaqda davam edir, buna görə də biz Estoniyanın dövlət sərhədini qorumaq üçün lazımi tədbirlər görürük.”, – deyə nazir bildirilib.
Nazir əlavə edib ki, müdafiə qüvvələri vəziyyətin gərginləşməsi halında qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə müttəfiqlərlə daimi təmasda olacaq.
Trend