Əfqanıstanda cümə namazı zamanı terror oldu

Əfqanıstanda cümə namazı zamanı terror oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələr Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Spinqhar şəhərinin Treyli bölgəsindəki məsciddə partlayışın baş verdiyini bildiriblər. Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir.

Partlayışın dəqiq növü və itkilər barədə məlumat verilmir, lakin bəzi xəbər mənbələri onlarla insanın öldüyünü və ya yaralandığını bildirir.

Əl-Cəzirə xəbər telekanalı indiyə qədər hadisə nəticəsində 2 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını və Nanqarhar Mərkəzi Xəstəxanasına aparıldığını bildirib.

Nangarhar qubernatorunun sözçüsü Qari Hənif deyib: “Partlayış bu məsciddə mərasim zamanı baş verib”.

Taliban sözçüsü əlavə edib ki, partlayış nəticəsində azı 15 nəfər yaralanıb və müalicə üçün xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 5 =