Yaşar Əliyev: “Sərhəddəki vəziyyət Ermənistanın təhlükəli qisasçılıq ideyalarının nəticəsidir”
Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır.
Bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
“Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir”, – diplomat bildirib.
Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”, – o deyib.
Daimi nümayəndənin sözlərinə görə, belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın barışıq və dinc yanaşı yaşamasıdır.
Apa