Türkiyənin İraqdakı bazasına hücum edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq xəbər mənbələri Şimali İraqdakı türk hərbi bazasının hədəfə alındığını bildirib.
“Sabirin News” telegram kanalı Türkiyə ordusuna məxsus Mosulun şimal-şərqində yerləşən Zelikan bazasının 4 Qrad raketi ilə hədəfə alındığını yazıb.
Bundan əvvəl Zelikan bazası noyabrın 7-də 7 ədəd Katyuşa raketi ilə hədəfə alınmışdı.
Həmçinin Avqustun 12-də də Zelikan bazası raketlərlə hədəfə alınmışdı. Həmin hücumda bazaya atılan raketlərin sayı beş idi.
Bununla bağlı İraq parlamentinin üzvü “Məhəmməd əl-Şəbəki” Türkiyənin Mosulu nəzarətə götürmək və ərazisinə birləşdirmək kimi düşünülmüş planı barədə xəbərdarlıq edib və Türkiyənin bu istiqamətdəki səylərinin 2014-cü ildən bəri davam etdiyini bildirib.
O, həmçinin bildirib: “Türklərin Neynəvada bir layihəsi var və onlar bunu çoxdan planlaşdırıblar. Məsələ təkcə Kürdüstan Fəhlə Partiyasını (PKK) hədəfə almaq deyil, ortada başqa məqsədlər də vardır.”
O, həmçinin deyib: “Bu plan 2014-cü ildən əvvəl ABŞ-ın Mosulu Türkiyə konsulluğu vasitəsilə idarə etməsi məqsədi ilə hazırlanmışdı və bu gün Ankaranın bu bölgəyə hakim olmaq və İraq ərazisini öz torpaqlarına ilhaq etmək cəhdləri olduqca aydındır.”