Müqavimət cəbhəsi İsrail rejimi ilə atəşkəsi rədd etdi

Müqavimət cəbhəsi İsrail rejimi ilə atəşkəsi rədd etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərakatının liderlərindən olan Xedr Həbib bildirib ki, Qəzzadakı fələstinli qruplar işğalçı rejimlə atəşkəs sazişi imzalamaq üçün istənilən planı və ya vasitəçiliyi rədd edəcəklər.

Həbib Fələstinin “Əl-Əyyam” qəzetinə verdiyi müsahibədə bildirib ki, mediada deyilənlərin əksinə olaraq, Misir vasitəçisi indiyədək sionist rejimlə atəşkəs sazişinin imzalanması üçün heç bir plan və təklif təqdim etməyib.

Bəzi media orqanları Şabak rəisinin Qahirəyə son səfəri zamanı Misirin atəşkəs təklifi verdiyini yazıb.

Həbib bununla bağlı deyib: “İşğalçı rejimlə beş il müddətinə atəşkəs variantının qəbul edilməsi ümumiyyətlə rədd edilir, çünki bu planın məqsədi İordan çayının qərb sahilini təcrid etmək və sionist rejimə yəhudiləşdirmə və məskunlaşma planlarını həyata keçirmək imkanı verməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + six =