Niderlandda polis aksiyaçılara atəş açıb, xəsarət alanlar var

Niderlandda polis aksiyaçılara atəş açıb, xəsarət alanlar var

Niderlandın ən iri şəhərlərindən olan Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı keçirilən nümayiş iğtişaşlarla nəticələnib, polis xəbərdarlıq atəşi açmağa və izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olub.

Bu barədə cümə günü Niderland Yayım Korporasiyası (NTK) məlumat yayıb.

Telekanalın məlumatına görə, yüzlərlə etirazçı “Azadlıq!” şüarı səsləndirərək polis əməkdaşlarına daş və fişənglər atıb. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açmağa və nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olublar. Atəş nəticəsində azı 2 nəfər xəsarət alıb.

“Nl Times” da atəş nəticəsində bir neçə nəfərin xəsarət aldığını xəbər verib.

Qarşıdurmalar zamanı azı bir polis maşını yandırılıb, daha biri əzilib. Avtomobillərin söndürülmə zamanı yanğınsöndürənlərə müxtəlif əşyalar, o cümlədən daşlar atılıb.

“Hazırda polis helikopteri şəhərin üzərində dövrə vurur” – NTK xəbər verib: “Mərkəzi vağzalda dəmir yolunun hərəkəti dayandırılıb. Şəhər boyu çoxlu sayda polis maşınları var”.

Etirazçıların əsas narazılığına yoluxmaların və xəstəxanaya yerləşdirilmələrin sayının kəskin artması fonunda tətbiq edilən koronavirus məhdudiyyətləri, habelə hökumətin digər qərarları olub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + nineteen =