Azərbaycan jurnalistlərinin dəstəyi ilə Korotçenkonun hesabı blokdan çıxıb
Videosu daha əvvəl rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabının bloklanmasına səbəb olan VMedia yutub-kanalının mətbuata müraciəti müsbət nəticə verib.
Açıqlamada qeyd olunur ki, İqor Korotçenko öz səhifəsində erməni işğalçılarının Azərbaycandakı cinayətlərindən bəhs edən “Heç İŞİD terrorçuları belə etməyiblər” başlıqlı videoçarx yerləşdirdikdən sonra erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə “dezinformasiya” və “nifrətin təbliği” kimi kütləvi şikayətlər etməyə çağırıblar.
Lakin “Vmedia” yutub-kanalının Azərbaycan mətbuatına müraciəti və onların informasiya dəstəyi sayəsində rusiyalı politoloqun səhifəsinin bloklanması aradan qaldırılıb.
“Vmedia” yutub-kanalı, eləcə də İqor Korotçenko Azərbaycanın mətbu orqanlarının (İnterfax.az, Report.az, Oxu.az, Media.az, Day.az, Korrespondent.az, Minval.az, Caliber.az və s.) jurnalistlərinə və bütün sosial şəbəkə istifadəçilərinə həmrəyliyə görə təşəkkür edib.
Həmçinin “Rusarminfo.ru”da “Azərbaycanlılar Zukerberqi erməniləri dəstəkləməkdə ittiham edib” sərlövhəli yazını nəzərdən qaçırmaq olmaz.
“Vmedia” yutub-kanalının filmində qeyd olunur ki, erməni terrorçuları öz vəhşiliklərində İŞİD döyüşçülərindən də irəli gediblər – qəbirləri açıb dağıdıblar, yəni hətta ölülərlə döyüşüblər. Bütün bu cinayətlər Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında törədilib.
Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşublar.
Trend