HƏMAS Böyük Britaniyanı ittiham etdi

HƏMAS Böyük Britaniyanı ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS İslami Müqavimət Hərəkatı cümə günü İngiltərənin bu müqavimət hərakatını terror təşkilatı adlandırmaq qərarından təəssüfləndiyini bildirərək, İngiltərənin keçmişdə olduğu kimi hələ də yanlış yolda olduğunu deyib.

Fələstin Əl-Youm internet saytının məlumatına görə, HƏMAS-ın bu bəyanatında qeyd edilib ki, Britaniya hökuməti istər Balfur bəyannaməsi, istərsə də qəyyumluq dövründə Fələstin ərazisini sionist hərəkata təhvil verməklə Fələstin xalqına qarşı etdiyi tarixi səhvlərinə görə üzr istəmək və onları islah etmək əvəzinə bu cinayətin qurbanları əleyhinə təcavüzkarların köməyinə gəldi.

Bu bəyanatda həmçinin deyilir: “İşğalçılara qarşı mümkün olan hər vasitə ilə müqavimət, o cümlədən silahlı müqavimət göstərmək, işğala məruz qalan xalqın beynəlxalq hüququdur. İşğalçılığa qarşı müqavimət terror deyil, əksinə sakinlərin öldürülməsi, onların məcburi köçü, evlərinin dağıdılması, özlərinin həbsə atılması terrordur.”

Bəyanatda belə əlavə olunub: “Qəzzada əksəriyyəti uşaq olmaqla iki milyondan çox fələstinlinin 15 illik mühasirəsi nəinki terrordur, hətta beynəlxalq təşkilatların və hüquqi qurumların dəfələrlə bəyan etdiyi kimi, müharibə cinayətləri və insanlığa yönəlmiş bir cinayətdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eleven =