Taliban yeni səfirlər təyin edəcək
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Taliban yaxın vaxtlarda Əfqanıstanın xaricdəki nümayəndəliklərinə yeni diplomatların təyin ediləcəyini açıqlayıb.
Taliban sözçüsü müavini deyib ki, hazırda Əfqanıstanın dünyadakı nümayəndəliklərinin əksəriyyətinə əvvəlki hökumətin diplomatları rəhbərlik edir və Kabil bu ölkənin səfirlikləri ilə əlaqədədir.
“Yaxın gələcəkdə fəaliyyətlər yaxşılaşacaq, səfirliklərə və konsulluqlara yeni diplomatlar təqdim olunacaqdır”, deyə Talibanın sözçüsünün müavini Ənamullah Səmənqani əlavə edib.
Lakin bir sıra keçmiş diplomatlar yeni hökumətin tanınmasından əvvəl Əfqanıstanın digər ölkələrdəki nümayəndəliklərində dəyişikliklərin mümkün olmadığını deyir.
Kabildə 10-dan çox ölkənin səfirliyi fəaliyyət göstərsə də, Taliban indiyədək yalnız Əfqanıstanın İslamabaddakı səfirliyi üçün yeni diplomatlar təyin edib.