Pakistan ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Shaheen-1A” yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sınaq uçuşu raket sisteminin bəzi dizayn və texniki parametrlərini yenidən yoxlamaq məqsədilə həyata keçirilib.

“Shaheen-1A” raketi “Shaheen-1″in daha geniş diapazonu və dəqiqliyi ilə təkmilləşdirilmiş versiyasıdır. O, 900 km-ə qədər məsafədə hədəfləri vura və həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =