Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil oldu

Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil oldu

Qırğızıstan parlamenti – Joqorku Keneşə seçkilər başa çatıb.

Yerli vaxtla saat 20:00-da 2 435 seçki məntəqəsinin hamısı bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır. Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.

MSK-nın məlumatına görə, dörd müxalif siyasi partiya beş faizlik baryeri keçərək parlamentdə təmsil olunacaq.

Bunlar Sosial Demokratlar (5,79%), sosialist Ata-Meken (Vətən – 6,2%), Butun Qırğızıstan (Vahid Qırğızıstan – 11,49%) və Azattik (Azadlıq – 7,67%) partiyalarıdır.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 14 =