HƏMAS lideri Böyük Britaniyanın qərarına münasibət bildirdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Fələstin məsələsinin təkcə bu ölkənin xalqı üçün deyil, bütün ərəb ölkələri və dünyanın azad insanları üçün mühüm olduğunu vurğulayıb.
Əl-Əhd xəbər saytı Həniyyəyə istinadən yazıb: İsrailli nazirin Mərakeşə səfəri və iki tərəf arasında təhlükəsizlik razılaşmasının elan edilməsi təəssüf doğurur. Mərakeş tarixən Fələstin məsələsinin mərkəzində olub.”
O, ərəb ölkələrinə müraciət edərək bildirib ki, sionist düşmən təkcə Fələstin xalqının düşməni deyil, həm də sizin düşməninizdir və xətər bütün regiona dəyəcəkdir.
HƏMAS rəsmisi qeyd edib ki, bu hərəkatı və Livan Hizbullahını terrorçu adlandırmaq “sinəmizdəki şərəf medalıdır”.
Həniyyə həmçinin bildirib ki, sionist düşmən hiylədən başqa bir şeyiə malik deyil. Biz öz torpağımızı tezliklə azad edəcəyik və dünya azadələri ilə sionizmin bu layihəsi arasındakı tarixi mübarizənin bitməsinə çox vaxt qalmayıb.