Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 464 076,56 min ABŞ dolları dəyərində 480 117,39 ton meyvə-tərəvəz ixrac edib.
Hesabat dövründə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,7% azalıb, həcmi isə 3,6% artıb.
Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
Hesabat dövründə 129 651,75 min dollar dəyərində 120 342,35 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 25,1% və 24,9% azdır.
Cari ilin yanvar-oktyabr ayları ərzində 77 335.25 min dollar dəyərində (10,7% azalma) 13 423,96 ton (azalma 5,4%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 27 599,70 min dollar dəyərində 51 392,57 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 30,2%, həcm olaraq isə 0,4% artım müşahidə olunub.
Bu il ölkədən 54 168,07 min dollar dəyərində (53,1% çox) 75 133,08 ton (artım 49,7%) xurma ixrac olunub.
İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu, may ayından etibarən isə kartof da daxil edilib. Bu kateqoriya üzrə ilin ilk 10 ayında 18 062,91 min dollar dəyərində 13 172,28 ton nar və 39 855,52 min dollar dəyərində 91 834,66 ton kartof məhsulu ixrac olunub.
Apa