Sionist rejimin rəhbəri qanunsuz olaraq İbrahim məscidinə getdi

Sionist rejimin rəhbəri qanunsuz olaraq İbrahim məscidinə getdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimin başçısı İshaq Hersoq bir qrup sionist mühacirlə birlikdə Hebronun qədim hissəsində sionist hərbçilərin dünən gecədən etibarən tətbiq etdiyi ciddi təhlükəsizlik tədbirləri şəraitində İbrahim məscidinə daxil olub.

Əl-Məyadin-in məlumatına görə, sionist rejimin başçısı bir neçə gün əvvəl Hanukka bayramının başlaması münasibətilə İbrahim məscidində şamdanların yandırılması planını açıqlamışdı.

Dünən sionist hərbçilər ibadət edənlərin Əl-Xəlil məscidinə gəlməsinə mane olmaqla və hərəmin ətrafında hərbi postlar yaratmaqla işğalçı sionist rejimin başçısı tərəfindən bu müqəddəs məkanın aşağılanmasına şərait yaradıblar.

İbrahim hərəminin sakini bu barədə deyir ki, hərəmin yəhudiləşdirilməsi işinə bir müddət əvvəl başlanılıb, lakin Əl-Xəlil camaatı sionist rejimin bütün hücumlarına və addımlarına baxmayaraq, bununla mübarizə etməyə davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 2 =