Türk lirəsi dəyər itirməyə davam edir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Türkiyə valyuta bazarına müdaxiləsi türk lirəsinin sürətli inflyasiyasının qarşısını ala bilməyib.
Türkiyə Mərkəzi Bankı qeyri-sabit bazar qiymətləri səbəbindən valyuta bazarına müdaxilə etdiyini açıqlayıb.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən faiz dərəcələrinin kəskin şəkildə aşağı salınması strategiyasına təkid edib.
Bazarda aşağı likvidlik şəraitində dəyişkən əməliyyatlar türk valyutasının noyabr ayından bəri ən pis ikinci performansını qeyd etdikdən sonra baş verib. Bu aşağı göstərici Ərdoğanın artan inflyasiya baxmayaraq apardığı monetar siyasətlərindən irəli gəlir.
Lirə dünənki statistikaya görə ilk saatlarda dollar qarşısında 13,87-ə düşsə də, sonradan 12,42-ə yüksəlib. Bununla belə, bazarın qeyri-sabitliyi nəticəsində hər dolların qiyməti yenidən13,35 lirəyə çatıb.