İran rəsmisi İsrail rejimini ittiham etdi

İran rəsmisi İsrail rejimini ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə çərşənbə günü axşam tvitter hesabında sionist rejimin Vyana danışıqlarının atmosferini zəhərləmək üçün davamlı yalanlar yaymasına reaksiya verib.

Xətibzadə Twitter-də yazıb: “Həyatı gərginlikdən asılı olan İsrail rejimi yenidən fəaliyyətə başlayıb və Vyana danışıqlarını zəhərləmək üçün yalan kompaniyasına başlayıb”.

O, belə davam edib: “Hazırda danışıqlar masasındakı bütün tərəflər uydurulmuş saxta xəbərlərə məhəl qoymayaraq, öz missiyalarını yerinə yetirmək üçün müstəqillik və siyasi iradə sınağı ilə üz-üzədirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + seven =