“Qaraheybət” şəhidlərinin ailələrinə sosial ödənişlər bu ay təyin olunacaq
“Artıq Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq. “Onların digər sosial hüquqları da təmin olunacaq”, – Sahil Babayev əlavə edib.
Report