Bakıda qəbiristanlıq gözətçisi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi – qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Din.gov.az