Ölkədə peyvənd olunanların sayı bəlli oldu

Ölkədə peyvənd olunanların sayı bəlli oldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 959 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 278 nəfər təşkil edir.

Ümumilikdə isə 1 011 169 buster doza vurulub.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − nine =