Britaniyada “Omicron”a görə tədbirlər sərtləşdirildi
Böyük Britaniyada “Omicron” ştamı bir çox bölgədə yayılıb.
Bu barədə ölkənin səhiyyə naziri Sacid Cavid məlumat verib.
Səhiyyə naziri parlamentdə “Omicron” ştamı ilə bağlı son çıxış edib. O bildirib ki, İngiltərədə 261, Şotlandiyada 71, Uelsdə 4 nəfərdə “Omicron” aşkarlanib.
Cavid bildirib ki, Böyük Britaniyaya səfər edəcək şəxslər sabah yerli vaxtla saat 04:00-dan etibarən peyvənd statusundan asılı olmayaraq ölkəyə daxil olmamışdan 48 saat əvvəl mənfi PCR və ya lateral axın testi təqdim etməli olacaqlar.
Qafqazinfo