Almaniyada poliqonda hərbi texnikalar toqquşub, ölənlər var

Almaniyada poliqonda hərbi texnikalar toqquşub, ölənlər var

Almaniyanın şimalındakı Aşağı Saksoniya federal əyalətində yerləşən Bergen hərbi poliqonunda təlim zamanı iki hərbi texnika toqquşub.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, döyüş tankının zirehli maşınla toqquşması nəticəsində iki hərbçi ölüb.

Almaniya Müdafiə Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib və planlaşdırılan tədbirləri ləğv edib.

Qeyd edək ki, Bergen Almaniyanın şimalında yerləşir və Avropanın ən böyük hərbi poliqonlarından biridir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 3 =