Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb

Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sultanabad kəndində qeydə alınıb. Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər – 1998-ci il təvəllüdlü Əliyev Şahsuvar Tofiq oğlu və qardaşı (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ş.Əliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək travması və sol körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 3 =