Baş nazir: “Gürcüstan bölgədə sülh naminə dialoqu dəstəkləyir”

Baş nazir: “Gürcüstan bölgədə sülh naminə dialoqu dəstəkləyir”

“Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin təmin olunmasına töhfə verəcək dialoqu dəstəkləyir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Ermənistan polisinin rəhbəri, general-mayor Vaqe Kazaryanla görüşdə deyib.

O, Gürcüstanın iki qonşu ölkə arasında vasitəçilik istiqamətində fəal əməkdaşlığa hazırlığını ifadə edib.

Müzakirələr zamanı Azərbaycanla Ermənistan arasında bu ilin iyununda əldə olunmuş humanitar razılaşmada Gürcüstanın hökumət başçısının uğurlu vasitəçiliyinə toxunulub.

Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + fifteen =