Yevlaxda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Yevlaxda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Hüseynli Hüseyn Mirsahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =