Goranboyda gənc qadın dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə hadisəsi olub.
Hadisə Qızılhacılı qəsəbəsində baş verib. Rayon sakini, 1996-cı il təvəllüdlü M.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
Qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Apa