Livanlı nazir istefa verdi

Livanlı nazir istefa verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livanın informasiya naziri Corc Qardahi deyib: “Hekayənin təkrarlanmasına və müsahibənin mənim nazir təyin olunmazdan əvvəl aparıldığını xatırlatmağa ehtiyac yoxdur”.

O, daha sonra bəzi Livan mediası və sosial şəbəkələrinin məqsədyönlü şəkildə hücumu barədə deyib: “Bu həmlələrə görə, Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri tərəfindən mənim istefam və Livana qarşı sanksiya tələbləri başlayıb. Livanda mənə tərəfdaşlıq edənlərin əksəriyyəti suverenlik və müstəqillik üçün ilk çağırış edənlər oldu.”

O, əlavə etdi: “Mən müttəfiqlərlə məsləhətləşdim və onlar uyğun bir qərar verməyi mənim ixtiyarıma buraxdılar. Fars körfəzi ölkələrində Livana və livanlı qardaşlara edilən zülmün səbəbkarı olmağı qəbul edə bilmərəm. Livan mənim əsas məsələmdir.”

Qardahi həmçinin deyib: “Livan hökumətindəki vəzifəmdən istefa vermək qərarına gəldim.”

Livanın informasiya naziri bəyan edib: “Yəməndəki müharibə əbədi olaraq davam etməyəcək və bu münaqişədə iştirak edən tərəflərin danışıqlar masasına oturacağı gün gələcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + two =