Türkiyənin Suriya ilə sərhədində neft yatağı aşkarlanıb
![Türkiyənin Suriya ilə sərhədində neft yatağı aşkarlanıb](https://sizinyol.org/wp-content/uploads/2021/12/4.jpg)
Türkiyə-Suriya sərhədində neft yatağı aşkar edilib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun tvitter səhifəsində yayılan məlumatında deyilir.
“Türkiyə-Suriya sərhədində yeni yataq aşkar edilib. Mardin vilayətinin Nuseybin rayonu ərazisindən 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən API üzrə 11,8 dərəcə olan ağır yatağı aşkar etdik”, – məlumatda bildirilir.
report.az