Yük maşınının törətdiyi qəzada ölənlərin sayı 55-ə yüksəldi

Yük maşınının törətdiyi qəzada ölənlərin sayı 55-ə yüksəldi

Meksikanın cənubundakı Çyapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Bu barədə regionun qubernatoru Rutilio Eskandon bildirib.

“Dünənki avtomobil qəzasından sonra təəssüf ki, bu gün daha bir nəfər həlak olub, qurbanların ümumi sayı 55-ə çatıb”, – deyə o, tviterdə yazıb: “Federal hökumətlə birlikdə xəsarət alanlara və qurbanların yaxınlarına onların tək olmadığına zəmanət veririk. Mən zəruri yardım göstərilməsi barədə tapşırıq verdim, biz səylərimizi əsirgəməyəcəyik. Yol qəzasında 100-dən çox insan xəsarət alıb, onlardan bir neçəsi hələ də xəstəxanalardadır”.

Qeyd edək ki, hadisə cümə axşamı baş verib. Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını Çiapas ştatının paytaxtı Tustla Qutyerres yaxınlığında istinad divarına çırpılaraq aşıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onu axtarır.

Avtomobil qəzasında insanların həlak olması ilə bağlı region prokurorluğu tərəfindən cinayət işi açılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − one =