ABŞ-da illik inflyasiya təxminən 40 il ərzində ən yüksək həddə çatıb

ABŞ-da illik inflyasiya təxminən 40 il ərzində ən yüksək həddə çatıb

Noyabrda ABŞ-da illik inflyasiya 6,8 faiz təşkil edib ki, bu da 1982-ci ilin iyun ayından bəri ən yüksək göstəricidir.

Trend xəbər verir ki, bu rəqəmlər ABŞ Əmək nazirliyinin statistika bürosunun məəlumatında əks olunub.

Oktyabrda isə ölkədə illik inflyasiya 6,2 faiz təşkil edib. Noyabrda artıma benzin, mənzil, ərzaq, yeni və işlənmiş minik və yük maşınlarının qiymətlərinin bahalaşması əhəmiyyətli dərəcədə təsir göstərib. Belə ki, sadalanan bəzi məhsulların illik qiymət artımı son 13 ildə rekord həddə çatıb.

Son 6 ay ərzində ABŞ-da inflyasiya beş faiz həddini keçir. Ekspertlər qeyd edirlər ki, belə inflyasiya dinamikası ABŞ Federal Ehtiyatlar Sistemini (FED) pul siyasətini sərtləşdirməyə sövq edə bilər. Məsələn, FED 2022-ci ilin ikinci rübündə baza dərəcəsini artıra bilər.

trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =