“CNN” prodüseri cinsi təcavüz ittihamı ilə həbs edilib

“CNN” prodüseri cinsi təcavüz ittihamı ilə həbs edilib

Amerika xəbər şəbəkəsinin prodüserlərindən biri azyaşlı qızlara cinsi təcavüz etdiyi üçün həbs edilib.

Məlumata görə, Amerikanın “CNN” şəbəkəsinin prodüseri cümə günü azyaşlılara cinsi təcavüz ittihamı ilə həbs edilib.

“Russia Today” saytının məlumatına görə, məşhur CNN aparıcısı bədnam Chris Como ilə işləyən 44 yaşlı Con Qriffin yetkinlik yaşına çatmayanları aldatmağa cəhd və cinsi cinayətlər törətməkdə ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, amerikalı prodüser bir il ərzində üç qızı aldadıb və onlardan birinə evdə zorakılıq edib.

Məhkəmədə təqsirli bilinərsə, Qriffin on ildən ömürlük həbs cəzasına qədər bir cəza alacaq.

CNN skandaldan özünü təmizə çıxarmaq üçün Daily Mail-ə verdiyi açıqlamada “Cənab Qriffinə qarşı iddiaları çox ciddi qəbul edirik. Onun həbsi barədə bizə bu gün günortadan sonra məlumat verilib və istintaq davam etdiyi üçün onun fəaliyyətini dayandırmışıq” – deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 17 =