Birləşmiş Ştatlar demokratiyadan “kütləvi qırğın silahı” kimi istifadə edir

Birləşmiş Ştatlar demokratiyadan “kütləvi qırğın silahı” kimi istifadə edir

ABŞ-da keçirilən demokratiya sammiti zamanı Pekin Vaşinqtonu demokratiyadan bütün dünyada parçalanma vasitəsi və kütləvi qırğın silahı kimi, sui-istifadə etməkdə ittiham edib.

Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq ABŞ Demokratik Zirvə toplantısını tənqid və Vaşinqtonu demokratiya adı altında təfriqə yaratmaqda ittiham edib.

Bəyanatda deyilir: “Demokratiya adı ilə təgriqə yaratmaq tarixdə geriyə addımdır və dünyaya xaos və fəlakətdən başqa, heç nə gətirməyəcək. Birləşmiş Ştatlar uzun müddətdir ki, qondarma “demokratik islahatlar”, birtərəfli sanksiyaların tətbiqi və fəlakətli nəticələrə səbəb olan “rəngli inqilablar”ın təxribatı ilə öz siyasi rejimi və dəyərlərini başqalarına yeritməyə çalışır. Demokratiya ABŞ-ın başqa ölkələrin işlərinə qarışmaq üçün istifadə etdiyi kütləvi qırğın silahına çevrilib.”

Birləşmiş Ştatlar demokratiya bəhanəsi ilə demokratiyanı neytrallaşdırmağa, təfriqələri qızışdırmağa və daxili problemlərini ört-basdır etməyə və dünya üzərində hegemonluğunu qoruyub saxlamağa çalışır.”.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın siyasi sistemini kəskin tənqid edərək, onu “vetokratiya” adlandırıb və Amerika tipli demokratiyanın səmərəsizliyini “gizlədilməsi mümkün olmayan fakt” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 4 =