İslami Cihad: BƏƏ hökmdarlarının Naftali Bennetti qarşılaması Fələstinə xəyanətdir

İslami Cihad: BƏƏ hökmdarlarının Naftali Bennetti qarşılaması Fələstinə xəyanətdir

Fələstin İslami Cihad Hərəkatı BƏƏ hökmdarlarının sionist Baş naziri qəbul etməsini Fələstinə xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Fələstin İslami Cihad hərəkatı İsrailin Baş naziri Naftali Bennettin BƏƏ-yə səfəri və vəliəhd şahzadə Məhəmməd bin Zayedlə görüşməsinə reaksiya verib və bunu kəskin şəkildə pisləyib.

Palestine Today xəbər saytının məlumatına görə, Fələstin İslami Cihad hərəkatı BƏƏ hökmdarlarının sionist Baş naziri qarşılamasını pisləməklə yanaşı, sionist düşmənlə münasibətlərin və ittifaqın normallaşdırılmasını Fələstinə xəyanət kimi qiymətləndirib.

Hərəkat vurğulayır ki, Benneti qarşılamaq bu cinayətkar rejimin təhlükəsizliyini gücləndirmək, onun yalançı və batil varlığını qanuniləşdirməyə çalışmaq, xalqımızın və millətimizin uşaq və günahsız insanlarının qanına bulaşmış əllərini yumaq və sionist qatil və terrorçuların İslam ümmətinə qarşı cinayətlərinə görə bəraət qazandırmaq cəhdidir.

Ötən iyun ayında İsrailin xarici işlər naziri Yair Lapid Əbu-Dabidə İsrail səfirliyinin açılışında iştirak etmək üçün BƏƏ-yə səfər edib və bu, iki tərəf arasında “İbrahim Sazişi”nin imzalanmasından sonra yüksək səviyyəli İsrail rəsmisinin ilk səfəri olub.

BƏƏ-nin sionist rejimlə kompromis sazişinin imzalanmasından sonra iki tərəf arasında bir neçə anlaşma memorandumu və əməkdaşlıq sənədi imzalanıb.

İsrail rəsmiləri hesab edir ki, BƏƏ-nin İranla isti münasibətləri qəbuledilməzdir, halbuki, BƏƏ-nin milli təhlükəsizlik müşaviri bazar ertəsi günü İrana səfər edib və Tehranla önəmli təhlükəsizlik əməkdaşlıq müqaviləsi imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 1 =