İranla böyük dövlətlərin həssas nüvə danışıqları yeni il tətilindən sonraya qala bilər – KİV

İranla böyük dövlətlərin həssas nüvə danışıqları yeni il tətilindən sonraya qala bilər – KİV

Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışıqlar davam edir. Bu danışıqların növbəti mərhələsi gələn yanvar ayına qala bilər.

SalamNews xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi nüvə danışıqlarında olan mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hazırda Vyanada gedən nüvə danışıqları cari həftənin sonuna qədər davam edə bilər. Əlavə edilib ki, əsasən ixtilaflaı məqamların aradan qaldırılmasına köklənən bu danışıqların davamı yeni il tətilindən sonrya qala bilər.

Qeyd edək ki, İranla 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ nüvə sazişinin bərpası ilə bağlı danışıqları Vyanada davam etdirirlər.

Xatırladaq ki, ABŞ-ın 2015-ci ildə əldə edilmiş nüvə sazişindən çıxması, İrana qarşı sərt sanksiyalara başlaması və rəsmi Tehranın razılaşmadakı öhdəliklərini tədricən azaltmasından sonra sözügedən anlaşma ləğv olmaq təhlükəsilə üzləşmişdi.

salamnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − 1 =